Azərbaycancaaz
Mir.az » Resept » Soyuq Havanın İsti Yeməyi : Ətli Girs ( Gürzə ) Resepti

Soyuq Havanın İsti Yeməyi : Ətli Girs ( Gürzə ) Resepti

177
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Soyuq Havanın İsti Yeməyi : Ətli Girs ( Gürzə ) Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Ətli girs- Zaqatala, Qax, Balakən, Şəki bölgələrinə aid qışda ən çox yeyilən xəmir yeməklərindən biridir.
Bəzi bölgələrdə girsə gürzə də deyirlər. Qax rayonunda girsin bir neçə növü bişirilir. Şordan( kəsmikdən), göyərtidən, xarxuşdan (qarın-bağırsaq) hazırlanır. Siz də zövqünüzə görə girs hazırlayıb bu soyuq qış günlərində yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

60 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:


    Xəmiri üçün:
  • 600 qram un
  • 1 ədəd yumurta
  • 1 xörək qaşığı duz
  • Apardığı qədər su

  • İçlik üçün:
  • 300-400 qram qiymə
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı ətotu
  • 1 çay qaşığ duz
  • 1 çay qaşığı istiot
  • 1 dolu xörək qaşığı palçıq turşusu

  • Üzəri üçün:
  • Əridilmiş kərə yağı

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün bir qabda qiymənin üzərinə xırda doğranmış (azca duzla ovulmuş) soğan,palçıq turşusu, ətotu, duz və istiot əlavə edib yaxşıca qarışdırın.
Xəmiri hazırlamaq üçün bir qabda unun üzərinə duz, yumurta və su töküb bərk xəmir yoğurun. Xəmiri iki hissəyə ayırıb kündələyin və 10 dəqiqə kənarda saxlayın.
Kündənin birini unlanmış dəzgahda oxlovla yayın. Daha sonra stəkanın ağız hissəsiylə və ya dairəvi formayla dairələr kəsin. Bu qaydayla kündələrdən dairələr hazırlayın. Dairənin birinin içərisinə içlikdən qoyub forma verərək (sünbülvari və ya şəkərbura kənarları kimi) bükün.
Hazır girsləri unlanmış qəlibə aralıqlarla düzün ki, yapışmasın.
Bir qazanda suyu qaynadın. Qaynayan suya duz töküb qarışdırın. Hazırladığınız girsləri duzlu suda bişirin. Bişən girsləri süzüb boşqaba qoyun. Üzərinə əridilmiş kərə yağı töküb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz