Azərbaycancaaz
Mir.az » Resept » Səhər Yeməyi Üçün İdeal: Balqabaqlı Pankek ( Pancake) Resepti

Səhər Yeməyi Üçün İdeal: Balqabaqlı Pankek ( Pancake) Resepti

69
asan resept,asan yemək resept,sadə resept
1015 calories, 10 grams fat
Səhər Yeməyi Üçün İdeal: Balqabaqlı Pankek ( Pancake) Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Faydalı balqabaqdan dadlı pankek (pancake) hazırlaya bilərsiniz. Mir.az asan hazırlanan, dadlı və faydalı balqabaqlı pankeyk reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 125 qram buğda unu
  • 1 xörək qaşığı qabartma tozu
  • 1/2 çay qaşığı darçın
  • 1 çay qaşığı muskat qozu rəndəsi
  • 1 çimdik duz
  • 1 stəkan süd
  • 75 qram balqabaq püresi
  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı bal
  • 1/2 çay qaşığı vanil ekstraktı
  • 2 xörək qaşığı ərinmiş kərə yağı və ya kokos yağı.

Hazırlanma qaydası:

Bir qabda un, qabartma tozu, darçın, muskat qozu rəndəsi və duzu qarışdırın.
Başqa bir qabda süd, balqabaq püresi, yumurta, bal, vanil ekstraktı və ərinmiş yağı qarışdırın.Bütün inqrediyentlər birləşənə qədər çalın. Unlu qarışığı da əlavə edib çalmağa davam edin.
Ağır bir çuğun tavanı və ya yapışmayan tavanı orta və yüksək istilikdə qızdırın.(Elektrikli bir tava istifadə edəcəksinizsə, onu 175 dərəcəyə qədər qızdırın.Lazım gələrsə səthi azca yağlayın ). (Yapışmayan tavanın səthini yağlamaya bilərsiniz). Qızdırılmış tavaya 2 xörək qaşığı xəmirdən töküb 2 tərəfli bişirin. Xəmir bitənə qədər bu prosesi təkrarlayın, lazım olduqda tavanı yağlayın. Pankekəri isti halda bal ilə süfrəyə verə bilərsiniz. Və ya isti saxlamaq üçün çay dəsmalı ilə üzərini örtə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz