Azərbaycancaaz
Mir.az » Resept » Qiyməli Badımcan Resepti

Qiyməli Badımcan Resepti

34
asan resept,asan yemək resept,sadə resept
645 calories, 6 grams fat
Qiyməli Badımcan Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Qiymə, badımcan və soğanın mükəmməl harmoniyası ilə hazırlanan xırtıldayan badımcan yeməyi hazırlaya bilərsiniz. Mir.az xırtıldayan badımcan yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 5 ədəd badımcan
  • 1 çay qaşığı duz
  • 1 stəkan qarğıdalı unu
  • 300 qr qiymə
  • 2 ədəd soğan
  • 2 ədəd bibər
  • 2 ədəd pomidor
  • 3 xöərk qaşığı kərə yağı
  • 2 ədəd təzə soğan
  • 3 diş sarımsaq
  • 1 çay qaşığı pul bibər
  • 1 stəkan ət suyu və ya su
  • 1/2 çay qaşığı istiot
  • 1/2 dəstə cəfəri

Hazırlanma qaydası:

İlk öncə badımcanların qabığını soyub dörd hissəyə bölün.
Qazana su töküb qaynadın və badımcanları qaynayan suya əlavə edib bişirin.
Daha sonra süzüb ,duzladıqdan sonra qarğıdalı ununa batırın və bol yağda qızardın.
Soğanları xırda doğrayın.
Başqa bir tavaya kərə yağını töküb qiyməni qovurun. Qovrulmuş qiymə qəhvəyi rəng aldıqda üzərinə soğan, xırda doğranmış sarımsaq, yaşıl bibər əlavə edin və soğanlar çəhrayı rəng alana qədər qovurun. Daha sonra doğranmış pomidor, təzə soğan, bibər tozu ,ət suyu və ya su, istiot əlavə edib bişirin.
Bişdikdən sonra badımcanların üzərinə qiyməli sousu töküb ,cəfəri ilə bəzəyib süfrəyə verə bilərsiniz.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz