Axşam Yeməyində Süfrədə: Qiyməli Badımcan Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Bəlkə də ən sadə,ən asan badımcan reseptlərindən biridir. Bu, hər kəsin sevəcəyi və doymaq bilməyəcəyi bir ləzzətdir.Mir.az qiyməli badımcan reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
2 ədəd badımcan (böyük ölçü)250 qram qiymə
1 ədəd soğan (böyük ölçü)
3 diş sarımsaq
3 ədəd pomidor
3 ədəd yaşıl bibər
1 xörək qaşığı tomat pastası
2 stəkan su (400 ml)
1/4 stəkan zeytun yağı
1 çay qaşığı şəkər tozu
2 çay qaşığı duz
1 çay qaşığı acı bibər tozu
1/2 çay qaşığı qara istiot
1/6 ədəd limon qabığı (istəyə görə)
1 ovuc cəfəri ( doğranmış )
Hazırlanma qaydası:
Badımcanları soyub uzununa bölün və şəhadət barmağı böyüklüyündə zolaqlara kəsin. 30 dəqiqə duzlu suda saxlayın.
Bu vaxt tavada bir az zeytun yağını qızdırın və qiyməni əlavə edərək qovurmağa başlayın.
Qiyməni orta istilikdə 5-6 dəqiqə qovurduqdan sonra doğradığınız soğan və sarımsağı əlavə edin.
Badımcanları yaxşıca süzün və əlinizlə yüngülcə sıxaraq suyunu sıxın.Soğanlar yumşaldıqdan sonra üzərinə əlavə edin və qarışdıraraq bişirməyə davam edin. 5 dəqiqədən sonra doğranmış bibər və pomidoru əlavə edin.
Tomat pastası, su və zeytun yağını bir qabda qarışdırıb qazana əlavə edin və bütün ədviyyatları və limon qabığını da töküb üzərinə şəkər tozu səpin.
Qapağı bağlı halda 30-35 dəqiqə aşağı istilikdə bişirin.
Söndürdükdən sonra bir az gözləyin.
Süfrəyə verməzdən əvvəl üzərinə xırda doğranmış cəfəri səpin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz