Azərbaycancaaz
Mir.az » Resept » Onu Ən Çox Pəhrizdə Olanlar Sevəcək : Pəhriz Peçenyesi Resepti

Onu Ən Çox Pəhrizdə Olanlar Sevəcək : Pəhriz Peçenyesi Resepti

39
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Onu Ən Çox Pəhrizdə Olanlar Sevəcək : Pəhriz Peçenyesi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Həm şəkər yox, həm yağ yox, həm də un yox. Pəhrizdə olanlar və sağlamlığına diqqət etmək istəyənlər üçün əla bir seçimdir. Mir.az unsuz, yağsız və şəkərsiz peçenyenin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 paket kokos (50 qram)
  • 1 ədəd alma
  • 7 qaşıq yulaf yarması
  • Gözəyarı üzüm qurusu
  • 1 ədəd yumurta ağı

Hazırlanma qaydası:

Bir qaba 50 qr kokos, 1 ədəd yumurta ağı, suyu sıxılmış alma rəndəsi, yulaf yarması və üzüm qurusunu töküb qarışdırın və xəmir halına gətirin. Əldə etdiyiniz xəmirdən kiçik parçalar götürüb şəkil verərək yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Bişdikdən sonra süfrəyə çayın yanında verə bilərsiniz.

NUŞ OLSUN 😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz