Azərbaycancaaz
Mir.az » Resept » Qonaq Dəvət Edək : Hindistan Cəvizli Peçenye Resepti

Qonaq Dəvət Edək : Hindistan Cəvizli Peçenye Resepti

73
asan resept,asan yemək resept,sadə resept
3015 calories, 30 grams fat
Qonaq Dəvət Edək : Hindistan Cəvizli Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Sobadan təzə çıxmış kokos peçenyelərinin ətirli qoxusu sizi uzaqlara aparır.
Bundan əlavə, az miqdarda unla qısa müddətdə hazırlanan bu peçenyeni hazırlayıb sevdiklərinizi sevindirə bilərsiniz. Siz artıq bu peçenyeni favori reseptlər siyahısına salacağsınız.
*Xəmiri rulon şəklində dondurucuda saxlayıb stədiyiniz zaman üzərini kokos
ilə örtüb bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

30 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 ədəd yumurta
1 ədəd yumurta sarısı
250 qram kərə yağı (17,5 yemək qaşığı)
1 stəkan şəkər
1/2 stəkan kokos ( Hindistan cəvizi )
1 paket qabartma tozu
1 paket vanil
4 stəkan un

Üzəri üçün:
1 ədəd yumurta ağı
1/2 su şüşəsi kokos

Hazırlanma qaydası:

Yumurta, yumurta sarısı, otaq temperaturunda yumşaldılmış kərə yağı və şəkər tozunu dərin bir qaba alıb əlinizlə qarışdırın. Sonra kokos, qabartma tozu və vanili əlavə edin.
Nəhayət, unu nəzarətli şəkildə əlavə edin və bütün maddələr birləşənə qədər yoğurun.
Yapışmayan bir xəmir əldə edin.
Bir qabda yumurta ağını, digər qabda kokos hazırlayın.
Xəmirdən qoz böyüklüyündə parçalar götürüb əlinizdə yuvarlayıb əvvəlcə yumurtanın ağına,sonra isə hindistan cevizinə batırın.
Yağlı kağız sərilmiş soba nimçəsinə düzüb əvvəlcədən isidilmiş 180 dərəcə sobada üzəri qızılı rəng alana qədər təxminən 20 dəqiqə bişirin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz