Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Tam Fərqli : Narlı Zeytun Salatı Resepti

Bu Dəfə Tam Fərqli : Narlı Zeytun Salatı Resepti

18
asan resept,asan yemək resept,sadə resept
4 calories, 4 grams fat
Bu Dəfə Tam Fərqli : Narlı Zeytun Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Zeytunla nar olarmı?” deyənlər üçün ləziz bir resept...Narlı zeytun salatı. Hazırlaması çox vaxt aparmayan, lakin dadı də tam fərqlidir. Mir. az sizinlə narlı zeytunlu salatın hazırlanma qaydasını təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 2 ədəd nar
  • 4 ədəd közlənmiş qırmızı bibər
  • 2 stəkan doğranmış yaşıl zeytun
  • 4 xörək qaşığı xırda doğranmış cəfəri

  • Sousu üçün:
  • 1 ədəd limon suyu
  • 1 çay qaşığı duz
  • 4 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

İlk öncə közlənmiş bibərləri nazik doğrayın.
Narları soyub dənələrini ayırın.
Şüşə kasaya doğranmış cəfəri, közlənmiş bibər, nar dənləri və yaşıl zeytunları tökün.
Başqa bir qabda limon suyu və duzu çəngəllə yaxşıca çırpıb, içərisinə zeytun yağını əlavə edin və yavaş-yavaş qarışdırın.
Hazırladığınız sousu salatın üzərinə töküb salatı qarışdırın və süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz