Azərbaycancaaz
Mir.az » Resept » Çoban Salatı Resepti

Çoban Salatı Resepti

54
asan resept,asan yemək resept,sadə resept
4 calories, 4 grams fat
Çoban Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Xırda doğranmış pomidor, yaşıl bibər, xiyar və soğandan ibarət olan çoban salatı istənilən yeməklə yaxşı gedir. İstəsəniz zeytunyağlı sousa sirkə də əlavə edib zövqünüzə uyğun forma verə bilərsiniz. Əsas yeməklərinizin yanında çox tez hazırlanan bu qaşıq salatı təzə tərəvəz və göyərti sayəsində həm yeməklərinizi yüngülləşdirəcək, həm də süfrələrinizə təzə bir dad gətirəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 4 ədəd orta ölçü pomidor
  • 3 ədəd orta ölçü yaşıl bibər
  • 2 ədəd orta ölçü xiyar
  • 1 ədəd böyük ölçü soğan
  • 1/4 dəstə cəfəri
  • 5 xörək qaşığı zeytun yağı
  • 4 xörək qaşığı təzə sıxılmış limon suyu
  • 1/2 çay qaşığı duz

Hazırlanma qaydası:

Çoban salatını hazırlamaq üçün qabıqlarını soyduğunuz sulu və orta ölçülü pomidorları incə doğrayın.
Qabığını soyuduğunuz xiyarları da pomidorlara uyğun doğrayın.
Bibərləri yarım ay şəklində doğrayın.
Soğanı kiçik parçalara ayırın və ya istədiyiniz qədər incə doğrayın.
Cəfərini incə doğrayın.
Bütün inqrediyentləri salat qabına əlavə edib qarışdırın.
Salatın sousu üçün kiçik bir qabda zeytun yağı, təzə sıxılmış limon suyu və duzu qarışdırıb salatın üzərinə gəzdirin.
Sosu ilə qarışdırdığınız salatı gözləmədən servis edin ki, sulu olmasın.
İstənilən əsas yeməyin yanında sevdiklərinizlə paylaşa bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz