Azərbaycancaaz
Mir.az » Resept » Faydası Bol , Vitaminlə Zəngin : Yaşıl Mərcimək Salatı Resepti

Faydası Bol , Vitaminlə Zəngin : Yaşıl Mərcimək Salatı Resepti

49
asan resept,asan yemək resept,sadə resept
535 calories, 5 grams fat
Faydası Bol , Vitaminlə Zəngin : Yaşıl Mərcimək Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Yaşıl mərciməyin faydaları saymaqla bitmir. Sağlamlığımıza faydasının yanında çəki problemi
yaşayanlar üçün və hamilələr üçün ən çox istifadə edilməli qidadır. Yaşıl mərcimək salatı, fərqli ləzzətlər dadmaq istəyənlər üçün gözəl bir salat növüdür. Sizdə hazırlanması çox vaxt aparmayan yaşıl mərcimək salatını hazırlayıb damağınızı şənləndirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 1 stəkan yaşıl mərcimək
  • 5 -6 ədəd göy soğan (xırda doğranmış)
  • 1/2 dəstə cəfəri
  • 1/2 dəstə şüyüd
  • 1/2 stəkan nar dənəsi
  • 1-2 xörək qaşığı nar şərabı
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 – 2 xörək qaşığı limon suyu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Mərciməkləri yuyub suyunu süzün və qazana töküb üzərini keçəcək qədər su əlavə edib yumşalana qədər qaynadın.
Bişən mərciməkləri süzüb bir qaba tökün. Üzərinə xırda doğranmış göy soğan, cəfəri,şüyüd və nar dənəsi əlavə edib qarışdırın.
Nar şərab, zeytun yağı, duz, istiot və limon suyunu bir qabda qarışdırın və salatın üzərinə gəzdirin. Salatı qarışdırın və süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz