Azərbaycancaaz
Mir.az » Resept » Ləzzəti Sousunda : Tavada Nar Şərablı Bibər Məzəsi Resepti

Ləzzəti Sousunda : Tavada Nar Şərablı Bibər Məzəsi Resepti

124
asan resept,asan yemək resept,sadə resept
1 boşqab10 calories, 1 boşqab grams fat
Ləzzəti Sousunda : Tavada Nar Şərablı Bibər Məzəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Qəlyanaltı süfrəsi hazırlayarkən klassik məzə reseptləri süfrədən heç vaxt əskik olmur.O klassik reseptlərdən bir qədər kənara çıxmaq istəyən, lakin evdəki inqrediyentlərlə hazırlamaq istəyənlər üçün əla reseptimiz var. Tavada yumşaldılmış bibərləri nar şərablı dadlı sousla birləşdirin və ortaya hamının sevəcəyi bir məzə resepti çıxacaq. .Süfrənizi əldən verməyəcək ləzzətli qəlyanaltı resepti üçün sizi mətbəxə aparaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 boşqab nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 4 ədəd qırmızı bibər
  • 2 ədəd yaşıl bibər
  • 4 xörək qaşığı zeytun yağı

  • Sous üçün:
  • 1 xörək qaşığı nar şərab
  • 2 xörək qaşığı zeytun yağı
  • 3 diş sarımsaq
  • 1/2 ədəd limonun suyu
  • 1/2 dəstə cəfəri
  • 1/2 dəstə şüyüd
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Bibərləri orta qalınlıqda doğrayın.
Zeytun yağını tavaya töküb bibərləri əlavə edin və 2-3 dəqiqə bişirin. Qapağını örtün və bibərlər yumşalana qədər az odda, arabir qarışdıraraq bişirin.
Bişdikdən sonra bibərləri ayrı bir qab qoyun.
Başqa bir qabda sous üçün bütün inqrediyentləri qarışdırıb üzərinə bibərləri əlavə edin.
Cəfəri və şüyüdü xırda doğrayıb bibərə əlavə edin və qarışdırın.
Məzə hazırdır. Servis boşqabına çəkib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz