KFC Ləzzəti: Toyuq Qızartması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Kfc- də yediyiniz toyuqlardan ləzzəti ilə heç də geri qalmayan, hətta, onlardan daha ləzzətli toyuq qızartması resepti. Sizdə mütləq sınayıb dadına baxmalısınız.
Kfc- də yediyiniz toyuqlardan ləzzəti ilə heç də geri qalmayan, hətta, onlardan daha ləzzətli toyuq qızartması resepti. Sizdə mütləq sınayıb dadına baxmalısınız.
NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
1 kq toyuq əti (döş, qanad, bud və.s)1 şüşə mineral su
1/2 stəkan un
1/2 stəkan qarğıdalı nişastası
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı toz bibər
Köri (zövqə görə)
Kəklikotu (zövqə görə)
1 diş sarımsaq və ya sarımsaq tozu
1 xörək qaşığı şəkər tozu
2 xörək qaşığı sirkə
1 çay qaşığı duz
Hazırlanma qaydası:
Toyuğu bir neçə yerindən bıçaqla deşib (Bişməyəcəyindən narahatsınızsa, bir tərəfdən uzununa kəsə bilərsiniz) üzərinə qara bibər, qırmızı toz bibər, duz, 2 xörək qaşığı sirkə, 1 xörək qaşığı şəkər tozu (sarımsaq tozundan istifadə etmirsinizsə, bu mərhələdə 1 diş sarımsaq istifadə edin) əlavə edib toyuğun hər tərəfinə gəlsin deyə yaxşıca qarışdırın.
Ardı ilə bir şüşə mineral su töküb ,ağzını bağlayıb ən azı 3 saat gözləyin.
Unu və nişastanı qaba töküb üzərinə çay qaşığının ucu ilə qara bibər, qırmızı bibər tozu, köri, sarımsaq tozu, soda və duz əlavə edib qarışdırın.
Vaxtın tamamında ətin bütün hissələrini unlayıb süzgəcdən keçirin ki ,artıq unu getsin.Süzgəci iki dəfə su qabına batırıb çıxarın və suyunu süzüb yenidən unlu qarışımla yaxşıca qarışdırın.
Qarışdırdıqdan sonra isti yağda yaxşıca qızarana kimi bişirin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz