Ləzzət Ziyafətinə Buyurun: Meksika Üsulu Taco Resepti
Yemək Haqqında:
Meksika mətbəxindən Qəlyanaltı resepti.
Meksikanın ən ləzzətli qəlyanaltılarından biri olan taco…
İstər dəniz məhsulları, istər müxtəlif ətlərdən,istərsə də vegan seçimlər edə bilərsiniz. Seçim tamamilə sizə bağlıdır.İstənilən halda dad ziyafətinə çevriləcək.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
Qabıqlar üçün:4 ədəd lavaş
4-5 xörək qaşığı zeytun yağı
Qiyməli içlik üçün:
200 qram qiymə
1 çimdik ədviyyat qarışığı
3-4 xörək qaşığı acı sous
Pomidor sousu üçün:
1 ədəd soğan
2 diş sarımsaq
3-4 damcı limon şirəsi
7-8 ədəd xırda pomidor
3-4 ədəd cəfəri
1 çimdik ədviyyat qarışığı
5-6 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
Hazırlanma qaydası:
Lavaşa boşqabın köməyi ilə dairəvi forma verin və hər iki tərəfə zeytun yağı çəkin
Sobanın tellərinə asıb 180 dərəcədə sobada 15 dəqiqə bişirin.
Bu arada qiymə üçün lazım olan ərzaqları tavada qovurun və soyumağa buraxın.
Pomidor sousu üçün lazım olan inqrediyentləri qida prosessorundan keçirin və qarğıdalını üzərinə əlavə edin.
Hazır olan bütün inqrediyentləri lavaşların içərisinə əlavə edin və taco hazırdır.
İstədiyiniz kimi servis edə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz