Çayın Yanına Çox Yaraşacaq : Banan Mürəbbəsi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
Banan bir çoxlarımızın sevdiyi ləzzətli və faydalı bir meyvədir. Meyvə salatlarında , tortlarda istifadə edilən banandan hətta mürəbbə hazırlandığını bilirdinizmi? Mir.az oxucuları üçün xüsusilə səhər yeməyinin əvəzolunmazı olan banan mürəbbəsinin hazırlanmasını təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
HAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
3 ədəd banan1/3 stəkan şəkər tozu
5 xörək qaşığı su
1/2 limonun suyu
Hazırlanma qaydası:
Bananları soyub nazik dilimləyin.
Şəkər tozunu qazana töküb davamlı qarışdıraraq rəngi tündələşənədək ( karamelize olanadək) bişirin.
Şəkər tozunun rəngi dəyişdikdə su , limon suyu və sonra bananları əlavə edin. Zəif odda qarışdırmağa davam edin. Bananlar yumşalıb qatı kütlə olduqda blenderdən keçirin ( tam keçirməyin ) və ocağı söndürün. ( Suyu tam çəkildikdən sonra hazır deməkdir)
Bankaya töküb qapağını bağlayın və soyumasını gözləyin. Soyuduqdan sonra banan mürəbbəsini soyuducuya yerləşdirin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz