Azərbaycancaaz
Mir.az » Resept » Bildiyiniz Kekslərdən Fərqli: Kadayıflı Keks Resepti

Bildiyiniz Kekslərdən Fərqli: Kadayıflı Keks Resepti

32
asan resept,asan yemək resept,sadə resept
925 calories, 9 grams fat
Bildiyiniz Kekslərdən Fərqli: Kadayıflı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Kadayıf ən çox desertlərdə istifadə edilir.Bəs onu keksdə istifadə etməyə nə deyirsiz? Kıvamına və şərbətinə görə paxlavanı xatırladan, lakin keks kimi hazırlanıb bişirilən, dadı damaqlarda qalacaq dadlı keksdir. Üstəlik, inqrediyentləri çox qənaətlidir və hazırlanması da çox asandır! Qarşınızda fərqli və bir o qədər də asan resept: Kadayıflı keks resepti!

Həm qovrulmuş, həm də yaş kadayıfla hazırlanan bu resept öyrəşdiyiniz keks reseptlərindən xeyli fərqlidir. Fərqli reseptlərin arxasınca gedənlər və həmişə hazırlanan kekslərdən sıxılanlar üçün xoş bir alternativ olan bu kadayıflı keks resepti çayla içilməyə namizəddir.

NEÇƏ NƏFƏR ÜÇÜN

9 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 2 ədəd yumurta
  • 1/2 stəkan duru yağ
  • 1/3 stəkan şəkər tozu
  • 1 stəkan un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1 stəkan qoz ləpəsi
  • 200 qram kadayıf
  • 100 qram qovrulmuş kadayıf

  • Şərbət üçün:
  • 2 stəkan su
  • 2,5 stəkan şəkər tozu

Hazırlanma qaydası:

Yumurtaları şəkər tozu ilə birlikdə mikserlə köpüklənənə qədər çalın.
Ardı ilə yağ, un, vanil və qabartma tozunu əlavə edib bütün inqrediyentlər qarışana qədər qarışdırın.
Son olaraq qoz ləpəsi və çiy kadayıfı əlavə edib qarışdırma prosesinə davam edin.
İstiyədavamlı şüşə qabı yağlayıb qabın dibinə qovrulmuş kadayıfın yarısını səpin.
Üzərinə hazırladığınız kadayıflı keks xəmirini töküb üstünə qalan qovrulmuş kadayıfı səpib əvvəlcədən isidilmiş 180 dərəcə sobada üstü qızılı rəng alana qədər 25 dəqiqə bişirin.
Kadayıflı keks bişdikdən sonra sobadan çıxarıb soyumasını gözləyin.
Soyuduqdan sonra şərbəti hazırlayın.
Şəkər tozunu və suyu bir qazanda qarışdırıb qaynayana qədər qarışdırın.Qaynadıqdan sonra 5 dəqiqə daha qaynadıb ocağı söndürün.
Soyumuş kadayıflı keksin üzərinə isti şərbət töküb tam soyumasını gözləyin.
Soyuduqdan sonra dilimləyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz