5 Dəqiqəyə Damaqlar Şənlənsin : Limonlu Desert Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
Desert sevənlər üçün cəmi 5 dəqiqəyə hazır olan bişməyən və dadlı desert. Ətirli və dadlı limonlu desert xüsusi desert stəkanlarında hazırlayıb əzizlərinizi sevindirə bilərsiniz. Mir.az cəmi 5 dəqiqəyə hazırlanan limonlu desertin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
3 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
200 qr peçenye2 ədəd limon
200 ml qatılaşdırılmış süd
200 ml 33%-lik qaymaq
Hazırlanma qaydası:
İlk öncə peçenyeni sellofan paketə töküb ağzını bağlayın və oxlovla əzərək xırdalayın.
Bir qabda qaymaq və qatılaşdırılmış südü mikserlə yaxşıca çırpın. Daha sonra 2 ədəd limonun suyunu sıxıb kremə əlavə edib çırpmağa davam edin. Desert stəkanına əzilmiş peçenyedən 1-2 qaşıq töküb yayın. Üzərinə 1 qaşıq krem tökün və yenidən 2-ci qat peçenye və krem yayın. Üzərini limon rəndəsiylə bəzəyib 1 saatlıq soyuducuya yerləşdirin.
Daha sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz