Azərbaycancaaz
Mir.az » Resept » Bişmiş ( Zavarnoy ) Krem Resepti

Bişmiş ( Zavarnoy ) Krem Resepti

1 231
asan resept,asan yemək resept,sadə resept
35 calories, grams fat
Bişmiş ( Zavarnoy ) Krem Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Krem resepti.
Bişmiş ballı krem tortları, pirojnaları doldurmaq və bəzəmək üçün çox uyğundur. Müstəqil bir desert kimi də süfrəyə verilə bilər. Mir.az bişmiş ballı kremin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

1 litr qaymaq
4 ədəd yumurta
200 qr bal
1 çay qaşığı duz
2 çay qaşığı vanil
100 qr un

Hazırlanma qaydası:

Bir qabda 4 ədəd yumurtanı mikserlə yaxşıca çırpın. Üzərinə 100 qr un və 1 çay qaşığı duz töküb qarışdırın.
Bir litr qaymağı qazana tökün ( Qaymağın yağlılığı önəmli deyil, qaymaq ​​nə qədər yağlı olarsa, krem ​​də bir o qədər qatı olar. ) və üzərinə 200 qram bal əlavə edib ocağa qoyun. Bal əriyib qarışana qədər qaynadın. Qaynamağa başladıqda ocaqdan götürün. Unlu qarışığı isti ballı qaymağa az-az əlavə edib dayanmadan tel çırpıcıyla və ya mikserlə qarışdırın. Qarışığı yenidən qazana töküb zəif ocaqda tel çırpıcıyla qarışdıraraq qaynadın. Ocağı söndürüb 1-2 dəqiqə qarışdırmağa davam edin. Daha sonra mikserin qabına kremi töküb 1-2 dəqiqə çırpın. Kremin üzərini streç sellofanla örtüb otaq temperaturunda 1 saatlıq soyuması üçün kənara qoyun. Yaxşı soyuması üçün daha sonra ən az 3 saatlıq soyuducuya yerləşdirin.
Saatın tamamında soyuducudan çıxarıb mikserlə yaxşıca çırpın. Çırpma prosesində 2 çay qaşığı vanil əlavə edin. Krem hazırdır! İstədiyiniz tortu və ya pirojnanı bu kremlə bəzəyə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz