Azərbaycancaaz
Mir.az » Resept » 3 Məhsulla Möhtəşəm Ləzzət , Gözoxşayan Görüntü : Moruqlu Vafli Tortu Resepti

3 Məhsulla Möhtəşəm Ləzzət , Gözoxşayan Görüntü : Moruqlu Vafli Tortu Resepti

44
asan resept,asan yemək resept,sadə resept
8 calories, 8 grams fat
3 Məhsulla Möhtəşəm Ləzzət , Gözoxşayan Görüntü : Moruqlu Vafli Tortu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çay süfrəsinə dadlı bir tort bişirmək üçün sobanın yanında uzun müddət dayanmaq istəmirsiniz? Onda bu resepti mütləq sınayın. Çay ziyafətini layiqincə bəzəyəcək, hər yaş şirniyyat sevənləri sevindirəcək bu tortun hazırlanması çox vaxt və səy tələb etmir. Korj əvəzinə adi hazır mağaza vafliləri köməyinizə çatacaq. Mir. az 3 məhsulla hazırlanan moruqlu vafli tortunun reseptini təqdim edir

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

300 qr vafli
400 qr 20 % yağlılığı xama
300 qr moruq
100 qr xırdalanmış qoz ləpəsi

Hazırlanma qaydası:

Düzbucaq formalı tort qabına (20 x 10 ) yağlı kağız sərib alt hissəsinə vafli düzün. Vaflilərin üzərinə qatı xama töküb yayın ( Şəkər tozu və şəkər kirşanı qəti səpməyin, əks halda desertin dadı qarışacaq.) və üzərindən xırdalanmış qoz ləpəsi və ardı ilə moruqları yayın. Və yenidən bir qat xama yaxın. Ən son qat vafliləri sıx-sıx düzün. Yanlara tökülərək yenidən xama çəkin. Şirniyyatı 20-30 dəqiqəlik soyuducunun dondurucu rəfinə yerləşdirin.
Tortu qəlibdən çıxarıb bir qaba qoyun. Kənarlarına xama yaxıb, vafli qırıntıları ilə bəzəyib 2 saatlıq soyuducuya yerləşdirin.
Süfrəyə verdikdə üzərini moruqla da bəzəyə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz