Azərbaycancaaz
Mir.az » Resept » Pambıq Kimi Yumşaq : Blinçik Resepti

Pambıq Kimi Yumşaq : Blinçik Resepti

565
asan resept,asan yemək resept,sadə resept
1220 calories, 12 grams fat
Pambıq Kimi Yumşaq : Blinçik Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Çox vaxt aparmadan zərif və yumşaq blinçik hazırlaya bilərsiniz. Mir.az məxmər kimi yumşaq blinçikin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

250 ml süd
4 ədəd yumurta
150 qr un
2 xörək qaşığı şəkər tozu (zövqə görə)
2 xörək qaşığı bitki yağı
1 çimdik duz

Hazırlanma qaydası:

Bir qabda yumurta, şəkər tozu və duzu mikserlə, tel çırpıcıyla və ya sadəcə çəngəllə yaxşıca çırpın. Yumurta qarışığına südün yarı hissəsini( hardasa 100-150 ml )əlavə edib qarışdırın. Üzərinə ələnmiş unu da əlavə edib qarışdırmağa davam edin. Qalan südü və bitki yağını da töküb topaq qalmayacaq şəkildə qarışdırın. (Xəmir yağlı qaymaq kimi olacaq. )Blinçik tavasını çox az yağlayın və xəmirdən 1 qaşıq tökün. Xəmir dairəvi hərəkətlə nazik bir təbəqə halında tavanın dibini örtməlidir. Blinçiki ikitərəfli bişirin. Xəmir yağlı olduğundan tavanı hər dəfə yağlamağa ehtiyyac yoxdur,lakin xəmir yapışarsa hər dəfəsində tavanı azca yağlaya bilərsiniz. Xəmir qurtaranadək blinçikləri bişirin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz