Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Moruqlu : Rafaello Resepti

Bu Dəfə Moruqlu : Rafaello Resepti

54
asan resept,asan yemək resept,sadə resept
15 calories, 15 grams fat
Bu Dəfə Moruqlu : Rafaello Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Konfet resepti.
Ev şəraitində çox dadlı və faydalı konfet hazırlaya bilərsiniz. Bu konfetin tərkibində olan moruq immuniteti gücləndirir, hətta ürək üçün də faydalıdır. Badam qan damarlarını qidalandırır, xolesterolla təsirli bir şəkildə mübarizə aparır. Kokos isə iltihabəleyhinə bir xüsusiyyətə malikdir. Faydaları sadalamaqla bitməyən bu konfet çəkisinə nəzarət edənlər üçün idealdır. Mir.az dadlı və faydalı moruqlu Rafaello konfetinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

75 qr moruq
100 qr kəsmik
100 qr kokos
50 qr quru süd tozu
Zövqə görə dadlandırıcı
15 ədəd qovrulmuş badam ləpəsi

Bulamaq üçün:
10 qr kokos

Hazırlanma qaydası:

İlk öncə moruğu blenderlə əzin.( Dondurulmuş moruq istifadə edəcəksinizsə otaq temperaturuna gəldikdən sonra əzə bilərsiniz. )
Bir qaba moruq püresi, kəsmik, kokos, quru süd tozu və dadlandırıcı əlavə edib yaxşıca qarışdırın. Kütlədən kiçik parçalar qoparıb 15 ədəd kiçik toplar hazırlayın. Kiçik toplar şəklində olan konfetlərin orta hissəsinə qovrulmuş badam qoyub yuvarlayın və kokosa bulayıb soyuducuda yerləşdirin.
Soyuducudan çıxarıb otaq temperaturuna gəldikdən sonra çayın yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz