Azərbaycancaaz
Mir.az » Resept » Bu Ləzzət Ağlı Başdan Alır : Narlı Braunili ( Brownie ) Cupcake Resepti

Bu Ləzzət Ağlı Başdan Alır : Narlı Braunili ( Brownie ) Cupcake Resepti

32
asan resept,asan yemək resept,sadə resept
1420 calories, 14 grams fat
Bu Ləzzət Ağlı Başdan Alır : Narlı Braunili ( Brownie ) Cupcake Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Yüz illər boyu ölümsüzlük və bərəkət simvolu kimi tanınan narı peçenye, tort, içki və salatlarda istifadə edirik. Yorğunluğu aradan qaldıran, qanda xolesterini salan, təzyiqi tarazlaşdıran, qan hüceyrələrini yeniləyən və dəri şişlərinin qarşısını alan narın saysız-hesabsız faydasıyla toxunduğumuz hər reseptə əlavə etmək kifayət edir. Mir.az narlı brauni reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

14 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 120 qram otaq temperaturunda kərə yağı
  • 240 qram doğranmış bitter şokolad
  • 1 stəkan şəkər tozu
  • 4 ədəd otaq temperaturunda yumurta
  • 1 çimdik duz
  • 1 stəkan un
  • 1 stəkan nar dənələri

  • Üzəri üçün :
  • 1/2 (yarım) paket qaymaq
  • 2 xörək qaşığ şəkər kirşanı
  • Apardığı qədər nar dənələri
  • Apardığı qədər nanə yarpaqları

Hazırlanma qaydası:

Kərə yağı ilə şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin və qarışdırın. Otaq istiliyinə gəldikdə şəkər tozunu əlavə edib tel çırpıcıyla qarışdırın. Ardı ilə yumurtaları tək-tək əlavə edib qarışdırmağa davam edin. Nar, duz və unu ələyərək əlavə edin və yalnız qarışana qədər qarışdırın.
Muffin kağızlarını muffin qabına qoyun və xəmiri bölüşdürün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Daha çox bişirsəniz, keks kimi olacaq.
Kremi hazırlamaq üçün qaymaq və şəkər tozunu mikserin yüksək sürətində yaxşıca çırpın. Kremi konditer torbasına doldurub istədiyiniz kimi bəzəyin və sonda ləziz brauninin üzərinə nar dənələri və nanə yarpaqları qoyub süfrəyə verə bilərisiniz.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz