Bol Şokoladlı və Pəhrizdə Olanlar Üçün :Yulaflı Unsuz Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Un istifadə etməkdən çəkinənlər və qlütensiz yemək istəyənlər üçün ləzzətli təklifimiz var: Unsuz yulaflı peçenye!
Bu peçenye xəmirində un yoxdur, yulafdır! Fıstıq yağı ləzzətli dadı ilə yulafın içinə, həm görünüşünə, həm də dadına görə bütün desertlərə uyğun gələn damla şokolad daxil olur. Çox az miqdarda inqrediyentlə çox qısa müddətdə hazırlanan bu reseptin ən əhəmiyyətli hiyləsi soyuducuya qoymaqdır. Hətta vaxtı olanlara tövsiyyə edirik, bir gecədən hazırlayıb soyuducuda saxlamaqla daha da yaxşı nəticə əldə edəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
6 xörək qaşığı şəkər tozu4 xörək qaşığı fıstıq yağı (şəkər əlavə edilmir)
3 xörək qaşığı kərə yağı (otaq temperaturunda)
1 çay fincanı damla şokolad
2 stəkan yulaf üyüdülmüşü
1 paket vanil
Hazırlanma qaydası:
Kərə yağı, şəkər tozu və fıstıq yağını bir qaba töküb mikserin köməyi ilə yaxşıca çırpın. Üzərinə vanil ,yulaf və damla şokolad ( onun yerinə qoz ,fındıq da istifadə edə bilərsiniz ) əlavə edib taxta qaşıqla qarışdırın və üzərini örtüb 1 saat soyuducuya yerləşdirin.
Soyuducudan çıxarıb dondurma qaşığı, qaşıq və ya əlinizlə kiçik toplar şəklində düzəldin və yağlı kağız sərilmişsoba nimçəsinə qoyun.
Əvvəlcədən isidilmiş 170 dərəcə sobada təxminən 8-10 dəqiqə bişirin.
Çıxarıb soyuduqdan sonra çayın yanında süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz