Qripin Düşməni : Sarımsaq Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Sarımsaq, əsrlərdir ki, həm xörəklərimizi ləzzətləndirmək , həm də şəfa üçün istifadə edilir. Təbii antibiotik olan sarımsaq içindəki antioksidantlar və qida komponentləri sayəsində sağlamlığımıza müxtəlif faydalar verir. Bunların içərisində ürək xəstəlikləri riskini azaltması, ruh sağlamlığını və immunitet sistemini gücləndirməsini saymaq olar. Aparılan araşdırmalar xəstə olmaq riskini azaltdığı qədər, xəstəliyin müddətini də azaltdığını göstərir. Mir.az sarımsaqlı qrip şorbasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
2 xörək qaşığı bulğur2 xörək qaşığ un
1 ədəd soğan
5 diş sarımsaq
1 stəkan toyuq bulyonu
1/2 çay qaşığı zəncəfil
2 zörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
3 stəkan su
Hazırlanma qaydası:
Bir ədəd soğanı və beş diş sarımsağı xırda doğrayın.
Doğranmış sarımsaq və soğanı qazanda duru yağda qovurun. İki xörək qaşığı unu əlavə edib qovurmağa davam edin. Un qovrulduqda soyuq su , bulqur və toyuq suyunu da əlavə edin və topaq əmələ gəlməməsi üçün qarışdırın. Üzərinə zəncəfil rəndələyin.
Şorba bişdikdən sonra isti halda süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz