Azərbaycancaaz
Mir.az » Resept » Soyuq Günlərin İsti Yeməyi : Düyü Şorbası Resepti

Soyuq Günlərin İsti Yeməyi : Düyü Şorbası Resepti

36
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Soyuq Günlərin İsti Yeməyi : Düyü Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Karbohidrat və kalsium dəyəri yüksək olan bu şorba qrip və soyuqdəymə kimi xəstəliklərin müalicəsində istifadə olunur. Qidalandırıcı olmaqla yanaşı, uzun müddət toxluq hissi verir. Zəngin qida dəyəri ilə bədənin ehtiyac duyduğu enerji miqdarını da qarşılayır. Mir.az faydalı və dadlı düyü şorbasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

2 stəkan düyü
1 ədəd toyuq filesi
1 ədəd yerkökü
2 ədəd pomidor
2 ədəd bolqar bibəri
1 ədəd soğan
4 xörək qaşığı konservləşdirilmiş qarğıdalı dənəsi
100 qr kərə yağı
1/2 çay qaşığı nanə qurusu
1/2 çay qaşığı pul bibər
1 çay qaşığı duz
1/2 çay qaşığı istiot
1/3 çay qaşığı sarıkök

Hazırlanma qaydası:

Əvvəlcə toyuq filesini suda bişirin.
Daha sonra düyünü yuyub suda saxlayın.
Tavada kərə yağını əridib kiçik kub formasında doğranmış soğanı yağda qovurun. Sürtgəcdən keçilmiş yerkökünü, kiçik uzunsov doğranmış bibəri və kiçik kub formasında doğranmış pomidoru da əlavə edib qovurmağa davam edin.
Bişən toyuğu sudan çıxarıb didin və qazana əlavə edin. Suda saxladığınız düyünü də suyuyla birlikdə qazanda qaynayan ətli bulyona tökün.
Tavada qovrulan tərəvəzlərin üzərinə konsevləşdirilmiş qarğıdalı dənəsi, duz, istiot, sarıkök, pul bibər və nanə qurusu əlavə edib qarışdırın. Qovrulmuş tərəvəzləri də şorbaya əlavə edib 1-2 dəqiqə daha qaynadın. Ocaqdan götürüb isti halda süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz