Azərbaycancaaz
Mir.az » Resept » Ən çox uşaqlar sevəcək : İspanaq Kotleti Resepti

Ən çox uşaqlar sevəcək : İspanaq Kotleti Resepti

32
asan resept,asan yemək resept,sadə resept
220 calories, 2 grams fat
Ən çox uşaqlar sevəcək : İspanaq Kotleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bir yaşdan yuxarı uşaqlar üçün dadlı kotlet resepti. İspanaq sevməyən uşaqlar bu kotleti çox bəyənəcək. Mir.az uşaqlar üçün ispanaqlı kotletin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

120 qr ispanaq
1 xörək qaşığı sarı pendir(rəndələnmiş)
3 ədəd orta ölçülü kartof
1 ədəd yumurta
100 qr yulaf yarması
1 çimdik duz
Çay qaşığının ucunda istiot

Hazırlanma qaydası:

Əvvəlcə kartofları soyub suda bişirin. (Əgər kartofları çiy istifadə eləmək istəsəniz kartofları sürtgəcdən keçirərək istifadə edin. )
İspanaqları da yaxşıca yuyub xırda doğrayın.
Yulaf yarmasını qəhvəüyüdənlə toz halına gətirin. Daha sonra bir qaba rəndələnmiş ,qaynadılmış kartof,doğranmış ispanaq,rəndələnmiş pendir,yulaf yarması, yumurta, duz və istiotu töküb qarışdırın. Alınan kütləni kotlet halına gətirib vam odda hər üzü 10 dəqiqə olmaqla bişirin.
Süfrəyə uşaqların sevdiyi tərəvəzlərlə servis edin.

NUŞ OLSUN.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz