Yeyilməyən Makarondan : Asan Lazanya Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Makaronu qaynadırsan ,amma 1 paket makaron çox oldu... Qaldı... Hamımız yaxşı bilirik ki, ertəsi gün o makaron yemək istəmirsən.
Belə olan halda bu qaynadılmış makaronunuz üçün ləzzətli təklifdir! Pomidor və qiymə ilə içlik hazırlayın. Beşəməl sousu və holland pendirini əlavə edin ki, bir az da ləzzətli olsun.Lazanyanın əkizi olmağa namizəd olan bu resept üçün hazırlayıb süfrənizin ortasında yer açın.
* Beşəməl sousu hazırlayarkən qovurduqdan sonra kərə yağı ilə unu qarışdırmağı dayandırsanız, sousunuz qatılaşacaq Bu sousu hazırlamaq üçün çırpıcıdan istifadə etmək işinizi asanlaşdıracaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
1/2 paket makaron (qaynadılmış)2 ədəd pomidor
1 çay qaşığı tomat pastası
150 qram qiymə
1 diş sarımsaq
1/2 ədəd soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər tozu
1 xörək qaşığı zeytun yağı
Beşəməl sousu üçün:
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
1.5 stəkan süd
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
100 qram sürtkəcdən keçilmiş holland pendiri
Hazırlanma qaydası:
Beşəməl sousunun hazırlanması:
Kərə yağını əridib unu 3-4 dəqiqə qızardın.
Südü və ədviyyatları əlavə edib qarışdırın.
Qatılaşdıqdan sonra ocaqdan götürüb 1-2 dəqiqə daha qarışdırın.
Makaronun hazırlanması:
Tavaya zeytun yağı töküb 1-2 dəqiqə qızdırdıqdan sonra incə doğranmış soğan və rəndələnmiş sarımsağı əlavə edin.
Biraz çəhrayı rəng alanda qiyməni əlavə edib qovurun.
Çəkilmiş ət suyunu buraxdıqda rəndələnmiş pomidor, tomat pastası, duz və istiot əlavə edin.
Ən son qaynadılmış makaronu əlavə edib 1-2 dəqiqə bişirin.
Sobanı 165 dərəcəyə qoyun.
İstiliyədavamlı şüşə qaba makaron içliyini, sonra isə beşəməl sousunu töküb, holland pendirini əlavə edib 15-20 dəqiqə bişirin.
Pendir əridikdən sonra üzərinə xırda doğranmış reyhan əlavə edib servis edə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz