Azərbaycancaaz
Mir.az » Resept » Dad Zəmanəti Bizdən: Kartoflu Oturma Resepti

Dad Zəmanəti Bizdən: Kartoflu Oturma Resepti

376
asan resept,asan yemək resept,sadə resept
635 calories, 6 grams fat
Dad Zəmanəti Bizdən: Kartoflu Oturma Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Türk mətbəxindən süfrənizi zənginləşdirəcək dadlı və maraqlı bir resept.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:


    Oturtma üçün:
  • 4 ədəd böyük kartof
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı kərə yağı
  • 500 qram orta yağlı mal əti
  • 1 ədəd böyük soğan
  • 1 diş sarımsaq
  • 4 ədəd acı bibər
  • 2 ədəd ortaboy pomidor (xırda doğranmış)
  • 1 xörək qaşığı tomat pastası
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot
  • 1 çay qaşığı kimyon
  • 1/2 çay qaşığı toz bibər
  • Üzəri üçün
  • 250 qr holland pendiri

Hazırlanma qaydası:

1. Kartofu soyun və nazik dairə formasında kəsin.Soba nimçəsinə düzüb 2 xörək qaşığı zeytun yağı ilə yağlayın, azca duzlayın və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirib kənara qoyun.

2. Zeytun və kərə yağını tavaya töküb, qazın üzərinə qoyun. Yağ dağ olduqdan sonra qiyməni əlavə edin. Qiymənin rəngi çöndükdən sonra sarımsaq və soğanı əlavə edib, qovurmağa davam edin.

3. Tomat pastası, doğranmış pomidor və incə doğranmış yaşıl bibəri əlavə edib qovurmağa davam edin.

4. Pomidorlar əzildikdən və bibərlər yumşaq olduqda, ocağın altını azaldıb, bütün ədviyyatları əlavə edin.Qapağını örtüb 5-6 dəqiqə bişirin. Sonra ocaqdan götürün.

5. Hazırlayacağınız borcamı yüngülcə yağlayın və kartofun yarısını dibinə düzün.

6. Üzərinə qiymə qarışığını töküb bərabər yayırıq.

7. Qiymənin üzərinə qalan kartofları düzdükdən sonra üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpib yaxşıca yayırıq.

8. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 10 dəqiqə bişirin, sonra qril hissəsini açıb 7-8 dəqiqə daha bişirin. Üstü qızaranda sobadan çıxarın.

9. Sobadan götürdükdən sonra 10-15 dəqiqə dincəlməlidir. Dincəldikdən sonra servis edə bilərsiniz. Nuş olsun?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz