Görünüşü Sanki Bir Buket : Fransa Mətbəxindən Briyoş Şirin Çörək Resepti
Yemək Haqqında:
Fransa mətbəxindən Şirniyyat resepti.
Görünüşü bir sənət əsəri kimi, zərif, dadlı buket çörək. Briyoş, 16-cı əsrdən bəri hazırlanan bir Fransız çörək növüdür. İlk dəfə Fransanın şimalındakı Normandiyada hazırlanıb. Mir.az yumşaq, ləzzətli və buket görünüşüylə qonaqlarınızı təəcübləndirəcək Briyoş çörəyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
350 qr un80 qr yumşaldılmış kərə yağı
2 ədəd yumurta sarısı
140 ml isti süd
3 xörək qaşığı şəkər tozu
12 qr yaş maya
1/2 çay qaşığı duz
Üzəri üçün:
Şəkər qatılmış süd
Üzərinə səpmək üçün:
Şəkər kirşanı ( pudra şəkər )
Hazırlanma qaydası:
Bir qabda ilıq süd,şəkər tozu və mayanı qarışdırın. Köpməsi üçün 10 dəqiqə üstünü örtüb kənarda saxlayın.
Dərin bir qaba un , 2 ədəd yumurta sarısı ,mayalı süd ,yumşaldılmış kərə yağı və duzu töküb 10 dəqiqə yoğurun. Yoğurduğunuz xəmirin üstünü nəmli mətbəx dəsmalıyla örtüb 2 saat acıması üçün kənara qoyun.
Xəmiri oxlovla açıb, 7-8 sm-lik peçenye qəlibləriylə dairələr kəsin. 3 dairəni üst-üstə düzüb yuxarıdan aşağıya doğru qatlayın. Daha sonra orta hissəsindən ikiyə bölün. Eyni qaydayla bütün dairələri kəsin.
Dairəvi soba sinisini yağlayıb gül formalı olan hissəsi üstdə qalmaq şərtiylə siniyə yerləşdirin. Mayalanması üçün 1 saat dinləndirin. (Çox sıx doldurmayın, çünki 1 saat qaldıqda xəmir qabaracaq. )
Üzərinə şəkər qatılmış südü fırçayla yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər 25-30 dəqiqə bişirin. Zövqə görə hazır çörəyin üzərinə şəkər kirşanı səpərək süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz