Azərbaycancaaz
Mir.az » Resept » Qazaxıstan Mətbəxindən : Baursaki Ponçik Resepti

Qazaxıstan Mətbəxindən : Baursaki Ponçik Resepti

1 307
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Qazaxıstan Mətbəxindən : Baursaki Ponçik Resepti

Yemək Haqqında:

Qazaxıstan mətbəxindən Şirniyyat resepti.
Baursaki – Qazaxıstan ponçikləridir. Qazaxıstanda bunlarsız bir ziyafət olmur, çünki bu onların “dadlı ənənəsidir”. Hələ isti olanda xüsusilə dadlı olur. Mir.az baursaki reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

6 stəkan un
1 stəkan su
1 stəkan süd
1 çörək qaşığı şəkər tozu
1/2 stəkan bitki yağı
2 çay qaşığı duz
11 qr maya

Qızartmaq üçün:
Bitki yağı

Hazırlanma qaydası:

Bir qabda südü isidib üzərinə ilıq suyu əlavə edin. Maya və şəkər tozunu da əlavə edib qarışdırın və kənarda köpməsi üçün 3 dəqiqə saxlayın.
Dərin bir qabda un, duz və bitki yağını qarışdırıb üzərinə mayalı süd qarışığını da töküb xəmir yoğurun.Xəmirin üzərini mətbəx dəsmalıyla örtüb 1,5 saat saxlayın.
Xəmiri yenidən yoğurun və mayalanması üçün daha 30 dəqiqə saxlayın.
Daha sonra xəmiri 0,8 mm qalınlığında dəzgahın üzərinə yayın və kiçik romb formasında kəsib üzərinə dəsmal örtün və şişməsi üçün 10 dəqiqə saxlayın.
Bitki yağını dərin tavada isidib baursakiləri qızılı qəhvəyi rəngə çalanadək qızardın. Bişən baursakiləri tavadan çıxarın və soyuması üçün kağız dəsmalın üzərinə qoyun.
Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz