Az Kalorili Tuna Balığı Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Azkalorili və dadlı bir salat istəyənlər üçün mükəmməl seçimdir. Ad günü və ziyafətlərdə , bayram günlərində süfrənizi tuna balığı salatı ilə bəzəyin. Hər kəs dadına , aromasına heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
200 qr konservlşdirilmiş tuna (ton, tunes) balığı1 ədəd orta ölçüdə kahı
3 ədəd pomidor
200 qr konservləşdirilmiş qırmızı lobya
100 qr qara zeytun
1 ədəd qırmızı soğan
3-4 budaq tərxun, nanə, reyhan
Sousu üçün:
1/2 limonun suyu
1 diş sarımsaq
1 çay qaşığı xardal
2 xörək qaşığı xama
3 xörək qaşığı sızma zeytun yağı
Hazırlanma qaydası:
Əvvəlcə qırmızı soğanı yarım halqa formasında doğrayıb üzərinə sirkə və su töküb marinə olunması üçün kənarda saxlayın.
Kahı yarpaqlarını və pomidorları ( halqa şəklində )doğrayın.
Sousu hazırlamaq üçün sarımsağı xırda-xırda doğrayıb üzərinə xama, xardal, zeytun yağı və limon suyu töküb tel çırpıcıyla yaxşıca qarışdırın.
Bir qaba doğranmış kahı, pomidor, diri halda tumsuz qara zeytun, yağı süzülmüş didilmiş tuna balığı, konservləşdirilmiş qırmızı lobya (və ya ev şəraitində suda bişib,suyu süzülmüş lobya), doğranmış göyərti, marinə edilmiş,suyu sıxılmış soğan əlavə edib qarışdırın və zövqə görə duz, istiot vurun. Hazırladığınız sousu da salatın üzərinə gəzdirib qarışdırdıqdan sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz