Azərbaycancaaz
Mir.az » Resept » Səhər Yeməyində Ziyafət Var : İçlikli Yumurtalı Blinçik Resepti

Səhər Yeməyində Ziyafət Var : İçlikli Yumurtalı Blinçik Resepti

386
asan resept,asan yemək resept,sadə resept
710 calories, 7 grams fat
Səhər Yeməyində Ziyafət Var : İçlikli Yumurtalı Blinçik Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Səhər yeməyi süfrəsi üçün 4 məhsulla ləziz qəlyanaltı hazırlaya bilərsiniz. Mir.az içliklə doldurulmuş yumurtalı blinçik reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

7 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

170 qr toyuq filesi
50 qr holland pendiri
50 qr süzmə qatıq
3 ədəd yumurta
1/2 çay qaşığı duz
1/2 çay qaşığı istiot

Hazırlanma qaydası:

Toyuq filesini az duzlu suda 25-30 dəqiqə bişirib soyuduqdan sonra didin.
Pendiri sürtgəcdən keçirib toyuq filesinin üzərinə əlavə edin. Zövqə görə duz, istiot və süzmə qatıq əlavə edib qarışdırın.
Yumurtalı blinçiki hazırlamaq üçün kasada bir ədəd yumurtanı çəngəllə çırpıb yağlanmış tavada yalnız bir tərəfdən bişirin. Qalan 2 ədəd yumurtanı da bu qaydayla bişirin. Bişən yumurtalı blinçikə hazırladığınız içliyi büküb süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz