Dadı Damaqlarda Qalacaq : Blinçik Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Görünüşü , dadı bir başqa. Qonaqlarınızı təəcübləndirəcək dadlı salat resepti. Mir.az dadı damağınızda qalacaq dadlı blinçik salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
Blinçiklər üçün:250 ml süd
250 ml su
1 ədəd böyük çuğundur
2 ədəd yumurta
1/2 stakan bitki yağ
1 çay qaşığı duz
220 qram un
İçlik üçün:
2 ədəd kartof
4 ədəd yumurta
2 ədəd toyuq filesi
10 əəd göbələk
Yarım dəstə cəfəri
Yarım dəstə şüyüd
400 qram xama
100 qram mayonez
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
Blinçik xəmirini hazırlamaq üçün ilk öncə çuğunduru blenderlə püre halına gətirin və ya sürtgəcin xırda gözündən keçirin.
Bir qabda çuğundur püresinin üzərinə yumurta, duru yağ, duz və un əlavə edib mikserlə yaxşıca qarışdırın. Daha sonra xəmiri blinçik aparatında ya da tavada ocağın üzərində bişirin.
İçliyi hazırlamaq üçün kartofu, yumurtanı suda bişirib sürtgəcdən keçirin.
Toyuq filesini bişirib didin.
Göbələyi azca yağda qovurun.
Göyərtiləri xırda doğrayın.
Daha sonra blinçikləri kənarı açılan qaba ( kələpçəli qəlib )sıra ilə düzün. İlk qata kartofu yayıb,xama çəkib,blinçik yerləşdirib üzərinə yumurta və göyərti səpib yenidən bir qat blinçik qoyun. Toyuq filesi və göbələk yayıb ,mayonez yaxın və bu qaydayla davam edin. Blinçiklər və içlik bitənə qədər qatlarla düzün.
Üzərini zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz