Azərbaycancaaz
Mir.az » Resept » Damaqlar Şənlənsin : Toyuqlu Göbələk Ruleti Resepti

Damaqlar Şənlənsin : Toyuqlu Göbələk Ruleti Resepti

206
asan resept,asan yemək resept,sadə resept
850 calories, 8 grams fat
Damaqlar Şənlənsin : Toyuqlu Göbələk Ruleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Toyuq əti və qızardılmış göbələk mükəmməl birləşmədir. Bu ləzzətli qəlyanaltını istər bayram süfrəsi , istərsə fə sadə bir nahar yeməyində süfrəyə verə bilərsiniz. Mir.az göbələkli ruletin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

400 qr toyuq filesi
500 qr göbələk
100 qr holland pendiri
200 qram mayonez
1 ədəd yumurta
3 xörək qaşığı duru yağ
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Əvvəlcə toyuq filesi, yumurta, duru yağ, duz və istiotu blenderlə püre halına gələnə qədər qarışdırın.
Göbələyi kiçik kub formasında doğrayıb tavada yağda qızardın.
Streç sellofanı kəsmə taxtasının üzərinə sərib duru yağla azca yağlayıb blenderlə püre halına gətirdiyiniz toyuq qiyməsini düzbucaq formasında yağlanmış streç sellofanın üstünə yayıb hamarlaşdırın.Və üzərinə mayonez yaxıb qovrulmuş göbələyi hər tərəfinə səpin.Göbələyin üzərindən isə sürtgəcdən keçirilmiş holland pendirini səpib streç sellofanın bir tərəfindən tutaraq rulet kimi bükün. Streçin hər tərəfini bağlayıb 20 dəqiqəlik soyuducuya yerləşdirin.
Daha sonra ruleti streç sellofandan ehtiyyatla çıxarıb yağlı kağıza bükün. Və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Bişənə yaxın ruleti sobadan götürüb üzərinə sürtgəcdən keçirilmiş pendir səpib doğranmış göbələk dilimləri ilə bəzəyib yenidən sobaya qoyub ( pendir əriyənə qədər) bişirin.
Bişdikdən sonra dilimləyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz