Azərbaycancaaz
Mir.az » Resept » Tost Aparatını Qızdırın: Manqal Dadında Toyuq Qanadları Resepti

Tost Aparatını Qızdırın: Manqal Dadında Toyuq Qanadları Resepti

17
asan resept,asan yemək resept,sadə resept
1520 calories, 15 grams fat
Tost Aparatını Qızdırın: Manqal Dadında Toyuq Qanadları Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Tosterləri qızdırın! Ancaq bu dəfə tost deyil, dadlı toyuq qanadları hazırlayacağıq.Tosterdə bişirdikdən sonra manqalda bişmiş kimi dadlı qanadlar əldə edəcəksiniz!
Manqal ləzzətli toyuq qanadları reseptinin qoxusundan razı qalacaq və sevdiklərinizin mədəsində ziyafət yaradacaqsınız.
Qanadları müxtəlif ədviyyatlarla bir qabda qarışdırdıqdan sonra tosterdə bişirib,manqal sousuna batırıb manqal dadını verəcəksiniz. Bundan sonra, masaların başında oturmağa və təriflər toplamağa hazır olun.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 500 qram toyuq qanadları
  • 4 xörək qaşığı maye yağ
  • 1 xörək qaşığı pomidor püresi
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı üyüdülmüş qırmızı bibər
  • 1 çay qaşığı kimyon
  • 1 xörək qaşığı soğan tozu
  • 1 diş sarımsaq (sürtgəcdən keçilmiş)
  • 1 ədəd şirin bibər
  • 1 ədəd qırmızı bibər
  • 1 ədəd uzun bibər
  • 3 xörək qaşığı barbekü sousu

Hazırlanma qaydası:

Toyuq qanadlarını qaba əlavə edib üzərinə yağ,pomidor püresi, sarımsaq, duz, istiot və ədviyyatları səpib qarışdırın.
Toyuq qanadlarını qızdırılan tosterin sağ və sol tərəfinə düzün. Orta hissəsinə isə bibərləri düzüb tosterin qapağını örtün və 20 dəqiqə bişirin.
Bişmiş qanadları qaba qoyub üzərinə barbekü sousu töküb qarışdırın və bibərlə süfrəyə verə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz