Azərbaycancaaz
Mir.az » Resept » Cəmi 4 Ərzaqla : Keçi Pəncəsi Resepti

Cəmi 4 Ərzaqla : Keçi Pəncəsi Resepti

12
asan resept,asan yemək resept,sadə resept
1215 calories, 12 grams fat
Cəmi 4 Ərzaqla : Keçi Pəncəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Səhər yeməyi və çay süfrəsi üçün mayasız, yumurtasız, cəmi 4 ərzaqla ləziz “Keçi pəncəsi” xəmir qızartmasını hazırlaya bilərsiniz. Mir.az çayınız dəm alana qədər hazır olan xəmir qızartmasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 stəkan qatıq
1 çay qaşığı duz
1 paket qabartma tozu
2,5 stəkan un

Hazırlanma qaydası:

Dərin bir qabda qatıq, duz və qabartma tozunu qarışdırın. Unu da əlavə edib xəmir yoğurun. Hazır xəmirə uzun rulon forması verib 2-3 barmaq qalınlığında dilimləyin. Bıçağın köməyi ilə xəmirin orta hissəsində kəsik atıb V hərfi formasında dilimlər hazırlayın. Xəmirləri tavada qızdırdığınız bol yağda hər iki üzünü qızardın.
Hazır olduqdan sonra isti halda süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz