Azərbaycancaaz
Mir.az » Resept » Kafe və Restoranlara Getməyə Ehtiyac Yoxdur: Dondurmalı Snickers Kokteyl Resepti

Kafe və Restoranlara Getməyə Ehtiyac Yoxdur: Dondurmalı Snickers Kokteyl Resepti

53
asan resept,asan yemək resept,sadə resept
2 calories, 2 grams fat
Kafe və Restoranlara Getməyə Ehtiyac Yoxdur: Dondurmalı Snickers Kokteyl Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kokteyl resepti.
Kafe və restoranlarda içdiyiniz kokteylləri ev şəratində asanlıqla hazırlaya bilərsiniz. Bütün sirr tərkibdə və miqdarındadır. Mir.az kafelərdəki kimi dadlı snikers kokteylinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

120 ml süd
3 ədəd snikers konfeti
1 xörək qaşığı fıstıq pastası
1 xörək qaşığı şokolad pastası
70 qr plombir dondurması
40 ml karamelli sirop
50 qr çırpılmış qaymaq

Hazırlanma qaydası:

Əvvəlcə südü çırpma qabına tökün. Üzərinə iki ədəd mini snickers (birini üzərini bəzəmək üçün saxlayın) ,şokolad pastası,fıstıq pastası, karamelli sirop və dondurmanı da əlavə edib blenderlə yaxşıca çırpın. Hazır kokteyli stəkan və ya bakala tökün. Üzərini çırpılmış qaymaqla və snickers konfet dilimləri ilə bəzəyin.
Zövqə görə ərinmiş şokolad və ya karamel də tökə servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz