Azərbaycancaaz
Mir.az » Resept » Bananlı , Karamelli , Şokoladlı : Tart Resepti

Bananlı , Karamelli , Şokoladlı : Tart Resepti

151
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
Bananlı , Karamelli , Şokoladlı : Tart Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Şokolad, banan, karamel… Dadların bu birləşməsindən ortaya çıxan ləziz desert. Mir.az bananlı və karamelli şokoladlı tartın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
300 qr şokolad
3 ədəd banan
1 ədəd qat-qat xəmir
10 ədəd karamel ( konfet )
10 ədəd şokolad dilimləri

Hazırlanma qaydası:

Əvvəlcə yumurtanın ağını sarısından ayırın və ağını mikserlə çırpın.
Şokoladı su hamamında əridib üzərinə yumurta sarısını əlavə edib yaxşıca qarışdırın. Çırpılmış yumurta ağını da əlavə edib qarışdırmağa davam edin.
Bananları böyük dilimləyin.
Tart üçün diametri 25 sm olan dairəvi qəlibə xəmiri yayın. Xəmirin üstünə şokolad kütləsini yayıb içərisinə banan və karamelli konfetləri batırın. Şokolad dilimlərini də qəlibin kənarı boyunca kütləyə qoyub xəmirin kənarlarını içəriyə bükün ki, şokolad tamamilə xəmirlə örtülsün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Hazır olduqdan sonra çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz