Azərbaycancaaz
Mir.az » Resept » Sobada Bişən Ləzzət : Limonlu Sarımsaqlı Qril Resepti

Sobada Bişən Ləzzət : Limonlu Sarımsaqlı Qril Resepti

44
asan resept,asan yemək resept,sadə resept
870 calories, 8 grams fat
Sobada Bişən Ləzzət : Limonlu Sarımsaqlı Qril Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu resepti sınayanlar artıq toyuğu bu qaydayla bişirəcək. Mir.az şirəli sarımsaqlı, limonlu toyuq qızartmasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

70 dəqiqə

Tərkibi:

1500 qr toyuq
1 ədəd limon
100 qr kərə yağı
3 böyük diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı pul bibər

Hazırlanma qaydası:

Otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə sarımsaqəzəndən keçirilmiş sarımsaq və istiot töküb qarışdırın.Yarım limonun qabığını da rəndələyib yağa əlavə edin.
Toyuq ətini yuyub süzün. Döş və ayaqların ətrafındakı dərini ətdən ayırın. Yağı döş hissəsinə və ayaqlara bərabər şəkildə yayın. Toyuğun çöl və iç hissəsini duzlayıb, qırmızı bibər səpin. Ayaqlarını bağlayıb ,qanadları gizlədib toyuğun içərisinə limon yerləşdirin. Əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Daha sonra 200 dərəcəyə qaldırıb 10 dəqiqə qızardın.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz