Azərbaycancaaz
Mir.az » Resept » Sobada Hinduşkanın Qızartma Qaydası və Resepti

Sobada Hinduşkanın Qızartma Qaydası və Resepti

417
asan resept,asan yemək resept,sadə resept
10195 calories, 10 grams fat
Sobada Hinduşkanın Qızartma Qaydası və Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Böyük həyəcanla gözlədiyiniz Yeni il nəhayət yaxınlaşır.Bu bayram gecəsində dadlı süfrə hazırlamaq istəyirsinizsə, doğru ünvandasınız. Yeni il süfrələri dedikdə ilk ağıla gələn dadlardan biri də Yeni il hinduşkasıdır. Bayram süfrəsinin əvəzolunmazı olan hinduşkanı bütöv bişirmək çox asandır. Mir.az saytı yeni il süfrəsi hazırlamaq istəyənlər üçün ən dadlı və asan Yeni il hinduşkasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

195 dəqiqə

Tərkibi:

  • 5 kq-lıq hind quşu (hinduşka)
  • 4 ədəd soğan
  • 4 ədəd yerkökü
  • 1/2 dəstə kərəviz
  • 1 dəstə cəfəri
  • 6-7 budaq təzə kəklikotu
  • 2 ədəd portağal
  • 8 diş sarımsaq
  • 250 qram kərə yağı
  • 500 ml toyuq bulyonu
  • Zövqə görə duz, istiot

Hazırlanma qaydası:

Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə kəklikotu yarpağı, xırda doğranmış cəfəri, sürtgəcdən keçirilmiş 2 ədəd portağal qabığı, 4 diş əzilmiş sarımsaq və istədiyiniz qədər duz, istiot əlavə edib yaxşıca qarışdırın. Hinduşka döşünün dərisi və əti arasında ciblər yaratmaq üçün barmaqlarınızdan istifadə edin. Hazırladığınız kərə yağından götürüb ciblərə doldurun. Qalan ədviyyatlı kərə yağını hinduşkanın üzərinə yaxıb içərisinə bir ədəd soğan, ikiyə bölünmüş portağal və cəfəri saplağını yerləşdirin.
Doğranmış soğan, yerkökü və kərəvizi bir soba qabına yayıb üzərinə toyuq bulyonu əlavə edin. Tərəvəzlərin üstünə hinduşkanı yerləşdirin. Soba sşqabını alüminium folqa ilə yaxşıca örtün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 2 saat bişirin. 2 saatdan sonra hinduşkanı sobadan çıxarıb folqanı açın. Soba qabına yığılan suyu hinduşkanın üzərinə töküb yenidən bişməyə qoyun. Yenidən 1 saat 15 dəqiqə bişirin. Bişən hinduşkanın üzərini folqa ilə örtüb otaq temperaturunda 45 dəqiqə – 1 saat dincəldin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz