Azərbaycancaaz
Mir.az » Resept » Xırtıldayan ləzzət:Sarımsaqlı Çörək Resepti

Xırtıldayan ləzzət:Sarımsaqlı Çörək Resepti

88
asan resept,asan yemək resept,sadə resept
145 calories, 1 grams fat
Xırtıldayan ləzzət:Sarımsaqlı Çörək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
İnanılmaz dərəcədə dadlı, xırtıldayan və ətirli sarımsaqlı yağlı çörək evdə hazırlaya biləcəyiniz ən asan qəlyanaltılardan biridir. Bu çörək şorbalara və salatlara əla müşayiətçi ola bilər. Buyurub hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

1 baş sarımsaq
100 qr yumşaq kərə yağı
1 baqet çörəyi
1 budaq göyərti
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı duz
1 çay qaşığı istiot
60 qr parmezan pendiri
60 ml zeytun yağı

Hazırlanma qaydası:

Sarımsağın üst hissəsini kəsib qabığını soyub alüminium folqanın üzərinə qoyun və üzərinə zövqə görə zeytun yağı, duz və istiot səpin. Sarımsağı folqa ilə büküb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Bir qaba otaq temperaturunda yumşaldılmış kərə yağı, qırmızı bibər tozu, sürtgəcdən keçirilmiş parmezan pendiri, doğranmış təzə göyərti, bişmiş sarımsaq, duz və istiot töküb yaxşıca qarışdırın. Baget çörəyini uzununa kəsin. Hər iki yarısını sarımsaqlı yağ ilə yağlayın.Yağladığınız baqet çörəklərini soba sinisinə yerləşdirib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə üzəri qızara qədər bişirin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz