Nar Kimi Qızarmış : Sobada Qril Dadında Toyuq Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Qril dadında toyuq hazırlamaq üçün qril aparatına və ya manqala ehtiyac yoxdur. Ev şəraitində sobada həm daha asan, həm də daha təmiz şəkildə toyuq qızarda bilərsiniz. Mir.az sobada qril dadında toyuq qızartmasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
50 dəqiqəTərkibi:
1 ədəd bütöv toyuq1 çay qaşığı istiot
1 çay qaşığı bibər tozu
1 xörək qaşığı acı sous
1 xörək qaşığı xardal
1 xörək qaşığı sirkə
1 xörək qaşığı sarımsaq tozu
yarım stəkan soya sousu
2 xörək qaşığı qatıq
Duz
Hazırlanma qaydası:
İlk öncə toyuğu bir tərəfindən kəsib 15 dəqiqə suda bişirin. Bişən toyuğun suyunu süzün və üzərinə istiot, bibər tozu, acı sous, xardal, sirkə, sarımsaq tozu, soya sousu, qatıq, duz töküb yaxşıca toyuğa bulayın. 15 dəqiqə kənarda saxlayın ki, sous toyuğa hopsun.
Soba sinisinə alma dilimli kartof və göbələkləri düzüb orta hissəsinə içi su dolu kasanı yerləşdirin. Sobanın ızgara telinin üzərinə toyuğu yerləşdirin və əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada təxminən 50 dəqiqə bişirin.
NUŞ OLSUN😋

Şərhlər 0
Şərh Yaz