Çayın Yanına , Səhər Yeməyinə : Hazır Xəmirdən İspanaqlı Börək Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
İspanağın faydalarını saymaqla bitməz.Bəzi insanlar nədənsə ispanağı sevmirlər, uzaq dururlar. Elə isə gəlin ispanaq sevməyənlərin belə həzz ala biləcəyi börək hazırlayaq.
Hazırlanması çox asan, xəmiri saatlarla yoğurmadan hazır xəmirdən tez bir zamanda dadlı , ləzzətli , dadına doyum olmayan bir ispanaqlı börək sizdə hazırlayın.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
5 Hazır xəmir ( yağlı xəmir )1 ədəd yumurta sarısı
Sous üçün:
2 ədəd yumurta
1 stəkan qatıq
1/2 stəkan zeytun yağı
1/2 stəkan su
İçlik üçün:
500 qram ispanaq
1 ədəd soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1/3 stəkan zeytun yağı
Üzəri üçün:
1 çay qaşığı qara zirə (istəsəniz küncüt)
Hazırlanma qaydası:
İspanağı yuyub böyük şəkildə doğrayın.
Soğanları zeytun yağında qızardıb üzərinə təmizləyib yuduğunuz ispanaq, istiot və duzu əlavə edib qovurun. İspanaq suyunu buraxdıqda ocağı söndürüb ispanaqı kənara soyumağa qoyun.
Bir qabda bir stəkan qatıq, 2 yumurta, yarım çay stəkanınsu və yarım çay stəkanı yağı yaxşıca çalın.
Soba qabını yağladıqdan sonra içinə bir ədəd xəmir qoyub üzərinə fırça ilə qatıq qarışığını çəkin.
İkinci xəmiri də üstünə qoyub yenidən qatıqlı qarışığı çəkdikdən sonra ispanaqlı qarışımdan bir az əlavə edin.Üçüncü və dördüncü xəmirləri də eyni qaydada edin. Dördüncü xəmirin üzərinə ispanaqlı qarışımdan töküb sonuncu xəmiri qoyun. Üzərinə yumurta sarısı sürtüb istədiyiniz kimi qara zirəvə ya küncüt səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə bişirin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz