Onu Ən Çox Uşaqlar Sevəcək : Konfet Peçenyesi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qeyri-adi formasıyla ən çox uşaqların sevəcəyi dadlı peçenye resepti. Bayram süfrələrinizdə , ziyafət süfrələrinizdə hazırlayıb uşaqları sevindirə bilərsiniz. Uşaqlar dadına , görünüşünə doya bilməyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
350-400 qram un200 qram kefir
4 ədəd yumurta sarısı
250 qram yumşaq kərə yağı
1 çay qaşığı qabartma tozu
İçlik üçün:
3 ədəd yumurta ağı
150 qram şəkər tozu
50 qram xırdalanmış qoz ləpəsi
Üzəri üçün:
150 qram bişmiş qatılaşdırılmış süd
20 qram kokos
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını unla ovun.
Başqa bir qabda kefir, yumurta sarısı və qabartma tozunu qarışdırın. Unlu qarışığı kefirli qarışıqla birləşdirib xəmir yoğurun. Xəmiri streç sellofana büküb 10-15 dəqiqə otaq temperaturunda saxlayın.
İçliyi hazırlamaq üçün yumurta ağını şəkər tozuyla yaxşıca çırpın. Xəmiri dəzgahın üzərinə 0,5 sm qalınlığında yayıb diametri 10 sm olan dairələr kəsin. Hər dairənin içərisinə 1 çay qaşığı içlik və xırdalanmış qoz ləpəsi qoyub konfet formasında bükün. Bu qaydayla bütün konfetləri bükün və yağlı kağız sərilmiş soba sinisinə yerləşdirib əvvəlcədən 180 dərəcə qzıdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişən konfetlərin üzərinə bişmiş qatılaşdırılmış süd yaxıb kokos səpdikdən sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz