Azərbaycancaaz
Mir.az » Resept » Muffin Börək Resepti

Muffin Börək Resepti

34
asan resept,asan yemək resept,sadə resept
1220 calories, 12 grams fat
Muffin Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Kəsilmiş hazır xəmirlər muffin qəliblərinə qoyulur. Süd, zeytun yağı, yumurta və qatıqla hazırlanan maye qarışığa doğranmış ispanaq, cəfəri və kəsmik əlavə edilir. İçliklə birləşən xəmirlər nar kimi qızardılmış muffin olaraq qarşınıza çıxır.
Sizdə hazırlayıb çayın yanında sevdiklərinizlə bölüşə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

3 ədəd yağlı xəmir

İçlik üçün:
200 qram ispanaq
100 qram kəsmik (və ya az yağlı pendir)
1/4 dəstə cəfəri
1 ədəd yumurta
1 stəkan süd
1/3 stəkan zeytun yağı
2 xörək qaşığı qatıq
1 paket qabartma tozu
1/2 çay qaşığı acı bibər tozu
1/2 çay qaşığı duz

Muffin qablarını yağlamaq üçün:
2 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

İçlik üçün ispanağı və cəfərini incə doğrayın.
Dərin bir qabda süd, zeytun yağı, yumurta, qatıq və qabartma tozunu çalıb duz və istiot əlavə edin.
Doğranmış ispanaq, cəfəri və kəsmiyi də qarışıma əlavə edib qarışdırın və kənara qoyun.
Muffin qəliblərini yumurta fırçası ilə yağlayın.
Yağlı xəmiri dəzgahın üzərinə sərin və hər bir xəmiri dörd bərabər parçaya bölün.Xəmir parçalarını muffin qəliblərinə yerləşdirin.Orta hissələrə əlinizlə yüngülcə basıb çuxur düzəldin.Hazırladığınız içliyi orta hissələrə bölün. İstəyirsinizsə, onları az miqdarda xəmirlə örtün.
Muffinləri əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.
Bişdikdən sonra sevdiklərinizlə bölüşə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz