Azərbaycancaaz
Mir.az » Resept » Evdə Hazırlayırıq :Qızardılmış Toyuq Budu Resepti

Evdə Hazırlayırıq :Qızardılmış Toyuq Budu Resepti

14
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Evdə Hazırlayırıq :Qızardılmış Toyuq Budu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Qızardılmış toyuq budu resepti rəngi və qoxusu ilə iştahı açacaq və bütün evi çox sevindirəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

8 ədəd toyuq budu
1/2 ədəd limon
1/2 stəkan un
1/2 stəkan çörək qırıntısı
1 çay qaşığı paprika tozu
1 çay qaşığı sarımsaq tozu
1 çay qaşığı soğan tozu
1 çay qaşığı kimyon
1 çay qaşığı qaram masala ədviyyatı
1 çay qaşığı duz (artırmaq və ya azaltmaq olar)
1 çay qaşığı qara istiot
1 çay qaşığı şəkər tozu

Qızartmaq üçün:
1 stəkan bitki yağı
(qabın ölçüsündən asılıdır))

Hazırlanma qaydası:

Qazanın 1/3 hissəsinə bitki yağı tökün.
Yağ qızarkən, yağ, limon və toyuqdan başqa bütün inqrediyentləri qaba töküb yaxşıca qarışdırın.
Toyuq budlarını limonla yaxşıca ovun və qarışdırdığınız sousa bulayın və sousun hər tərəfə bərabər şəkildə yayılmasına əmin olun.
Yağın isti olmasından əmin olduqdan sonra toyuq budlarını qızardın.
Tünd qızılı rəngə çevrildikdən sonra toyuq budlarını götürün və artıq yağının getməsi üçün salfetin üzərinə qoyun.
Bütün toyuqlar qızardıqdan sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz