Dadından Doymaq Olmaz: Badımcanlı Toyuq Budu Resepti
Yemək Haqqında:
NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
4 ədəd toyuq budu3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
2 ədəd badımcan
5 ədəd xırda pomidor ( cherry )
1 diş sarımsaq
1 çay qaşığı qara istiot
1 ədəd təzə kəklikotu
2 stəkan qızartma yağı
Hazırlanma qaydası:
Badımcanların qabığını soyub duzlu suya qoyun. Qara və acı suyu çıxdıqdan sonra suyunu süzüb isti yağda qızardın.(Qızardılmış badımcanlardan artıq yağı süzün)
Sobanı 180 dərəcəyə qoyun.
Tavanı qızdırıb zeytun yağını əlavə edin və toyuq budlarını tavada 3-4 dəqiqə qızardın.
Badımcan ilə toyuq budlarını soba qabına qoyun və üzərinə zeytun yağı, qara bibər tozu,rəndələnmiş sarımsaq və təzə kəklikotunu əlavə edib taxta qaşıqla qarışdırın.
Üzərini alüminium folqa ilə örtüb və ya soba torbasına qoyub 15-20 dəqiqə sobada bişirin və (Toyuq budlarının böyüklüyünə görə bişirmə müddətində dəyişə bilər, hər 15-20 dəqiqədən bir yoxlanılması daha ehtiyatlı bişirməyə kömək edir. ) vaxtaşırı yoxlayın. Bişməyibsə bişirməyə davam edin.
Hazır olduqdan sonra sevdiklərinizlə bölüşə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz