Azərbaycancaaz
Mir.az » Resept » Bir Arzu Tut :Hindistan Cevizli Kök Topları Resepti

Bir Arzu Tut :Hindistan Cevizli Kök Topları Resepti

26
asan resept,asan yemək resept,sadə resept
2510 calories, 25 grams fat
Bir Arzu Tut :Hindistan Cevizli Kök Topları Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Hindistan cevizli kök topları çox asan bir desertdir və asanlıqla hazırlayıb zövqlə yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

25 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

4 ədəd kök
1 paket petibor biskvit
1/2 stəkan qəhvəyi şəkər tozu
1/2 stəkan su
2 xörək qaşığı kərə yağı
1/3 çay qaşığı darçın
2 xörək qaşığı kokos

Hazırlanma qaydası:

Kökü yuyub qabığını soyun və sürtgəcdən keçirin. Kərə yağını tavaya əlavə edib əriməsini gözləyin və əridikdən sonra kök,şəkər tozu və suyu əlavə edin. Kökün şirəsi çıxana qədər bişirin.
Bu vaxt biskvitləri rondodan keçirin.
Bişmiş kökləri soyuması üçün ocaqdan götürün və peçenye və darçın əlavə edib yoğurun ki, bütün inqrediyentlər bir-birinə qarışsın.
İstədiyiniz ölçüdə forma verib ,yuvarlayıb kokos səpin və servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz