Azərbaycancaaz
Mir.az » Resept » Nar Suyunda Bişmiş Heyva Deserti Resepti

Nar Suyunda Bişmiş Heyva Deserti Resepti

53
asan resept,asan yemək resept,sadə resept
650 calories, 6 grams fat
Nar Suyunda Bişmiş Heyva Deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Payız meyvəsi olan heyva həm meyvə, həm də desert olaraq çox istifadə edilən meyvələrdəndir. Həm sağlam, həm də formada qalmaq istəyirsinizsə və özünüzü desertlərdən saxlaya bilmirsinizsə, meyvəli yüngül desertlər sizin üçün mükəmməl seçim olacaq. Mir.az nar şirəsində bişmiş ləziz desertin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

3 ədəd heyva
2 ədəd nar
2 ədəd alma
1,5 stəkan şəkər tozu
Yrım çay qaşığı darçın tozu
1 xörək qaşığı mixək
100 qram qaymaq

Üzəri üçün:
Nar dənəsi ( zövqə görə )
Antep fıstığı ( zövqə görə )
Qoz ( zövqə görə )

Hazırlanma qaydası:

İlk öncə almaların qabığını soyub sürtgəcdən keçirin. Bir tavaya sürtgəcdən keçirilmiş almanı töküb üzərinə şəkər tozu əlavə edib ocağa qoyun. Üzərinə darçın tozu əlavə edib ocaqdan götürün. Heyvanın qabığını soyub ortadan ikiyə bölün. İç hissəsini kəsib götürün. Heyvaları qazana qoyub üzərinə 2 ədəd narın suyunu əlavə edib yumşalana qədər bişirin. Bişirdikdən sonra heyvaları soba sinisinə qoyub bişmiş alma püresi ilə doldurun. Kənarlarına mixəkləri batırın. Üzərinə bir az bişən suyundan səpib alüminum folqa ilə örtün və sobada bişirin. Qalan nar şirəsini qatılaşana qədər qaynadın və qatı mürəbbə halına gətirin. Nar şirəsində bişmiş almalı heyva desertini süfrəyə verdikdə zövqə görə üzərinə qaymaq əlavə edin. Nar sousu, nar dənəsi və antep fıstığı ilə bəzəyib servis edin.


NUŞ OLSUN?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz