Türkiyə Mətbəxindən : Nar Şərablı Kısır Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Türkiyə mətbəxindən kısır resepti. Günün istənilən saatı yemək olar və sevimli dostu isə limon və nar şərabdır.Dadlı ,ləzzətli resept axtaranlar artıq tapıblar.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
2 stəkan incə bulqur1 ədəd orta soğan
1/3 stəkan maye yağ
1/2 çay qaşığı duz
1 çay qaşığı acı bibər tozu
2 xörək qaşığı tomat pastası
1/3 stəkan nar şərab
1/2 ədəd limonun suyu
1-2 ədəd cəfəri
1-2 yarpaq kahı
Hazırlanma qaydası:
Əvvəlcə incə bulquru qaba qoyub üzərinə yarım çay qaşığı duz əlavə edib qarışdırın və üzərini çox az örtəcək qədər qaynar su əlavə edib üstünü örtün.
Bulqur şişərkən tavada xırda doğranmış soğanı yağda qovurun. Rəngi çəhrayı olanda tomat pastasını əlavə edib qovurmağa davam edin.
Qalan yarım çay qaşığı duz və acı bibəri soğan pastası qarışığına əlavə edib qarışdırın.Tomat pastasının qoxusu gələndə ocağın altını söndürün.
O biri qabda şişən bulqurları əvvəlcə qarışdırın. Sonra soğan pastası qarışığını əlavə edin və bütün bulqur qırmızıya çevrilənə qədər qarışdırın.
Qarışım ilıq olanda xırda doğranmış göyərti, nar şərab və limonu da əlavə edib son dəfə qarışdırın. Kısır süfrəyə hazırdır.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz