Türkiyə Mətbəxindən: Ətli Bulqur Pilovu Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Ət ,toyuq və sulu xörəklərin yanına ləzzət qatan yeməklərdən biri də pilovdur. Bu dəfə isə düyü yox , bulqur pilovudur. Ət və pomidorun birləşməsindən bir araya gələn ətli bulqur plovu üçün sizi mətbəxə dəvət edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1/3 stəkan zeytun yağı200 qram quzu əti
1 ədəd soğan
1 ədəd qırmızı bibər
2 ədəd yaşıl bibər
1 xörək qaşığı tomat pastası
2 stəkan bulqur buğdası
3 stəkan su
2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
2 xörək qaşığı kərə yağı
Hazırlanma qaydası:
Zeytun yağını böyük bir qazanda orta istilikdə qızdırıb əti əlavə edin və qəhvəyi rəng alana qədər qovurun.
Ət qəhvəyi rəngə çevrildikdə, kiçik kub formasında doğranmış soğan və qırmızı bibəri əlavə edib yumşaq olana qədər qovurun.
Qazana xırda doğranmış yaşıl bibər və tomat pastasını əlavə edib qovurmağa davam edin.
Sonda ədviyyatlar, bulqur və qaynar suyu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayıb az odda bulqur suyu çəkənə qədər bişirin.Lazım olsa az-az qaynar su əlavə edə bilərsiniz.
Bulqur suyu özünə çəkib yumşaldıqda üzərinə bir neçə tikə kərə yağı qoyub dəmlənməyə buraxın. Dəmləndikdən sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz