Azərbaycancaaz
Mir.az » Resept » Acını Sevənlər Üçün : Balqabaqlı Şorba Resepti

Acını Sevənlər Üçün : Balqabaqlı Şorba Resepti

60
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Acını Sevənlər Üçün : Balqabaqlı Şorba Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Soyuq havalarda sağlamlığınız üçün faydalı şorbalar yeyilməlidir. Balqabaq və çili bibəriylə hazırlanan şorba isinmək üçün əla reseptdir. Mir.az acı dadı sevənlər üçün dadlı və faydalı balqabaq şorbasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 500 qram balqabaq
  • 2 ədəd kartof
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 1 ədəd qırmızı çili bibəri
  • 200 qram pomidor soku
  • 100 ml qaymaq (20 % və ya çox )
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1/3 dəstə keşniş ( xırda doğranmış )

Hazırlanma qaydası:

İlk öncə balqabağı ,kartofu və soğanı yuyub qabığını soyun və kub şəklində doğrayın.
Sarımsaqları və bibərləri xırda doğrayın.
Tavada doğranmış soğan, sarımsaq və bibəri təxminən 3-5 dəqiqə zeytun yağında qovurun. Başqa bir qazanda suyu qaynadın. Qaynayan suya doğranmış balqabaq və kartofu tökün (su tərəvəzləri 1 sm örtməlidir). Orta odda 15 dəqiqə qaynadın.
Qovurduğunuz soğan qarışığını qaynayan tərəvəzlərin üzərinə əlavə edin. Duz, istiot əlavə edib daha 15 dəqiqə qaynadın. Qazanı ocaqdan götürün və süzün. Bişən tərəvəzləri blenderdən keçirin. Tərəvəz püresini qazana tökün və süzdüyünüz tərəvəz bulyonunu da əlavə edib qarışdırın (və ya elə qazanda tərəvəzləri blenderdən keçirə bilərsiniz.) Şorbaya pomidor soku və qaymaq əlavə edib qarışdırmağa davam edin. Orta odda daha 5 dəqiqə qaynadıb ,kasaya töküb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz